AZ

Het-trik və dubl edənlərin yarışı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

QOL.az xəbər verir ki, namizədlər “Real”dan Vinisius Junior, “Monako”dan Takumi Minamino, “Milan”dan Ticani Reynders və “Barselona”dan Rafinyadır.

Vinisius Dortmund "Borussiya"sı ilə görüşdə het-trik edib. Rafinya "Bavariya" ilə oyunda 3 qola imza atıb. Reynders "Brügge" ilə matçda, Minamino isə "Srvena Zvezda" ilə qarşılaşmada dubl edib.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Seçilən
26
teleqraf.com

1Mənbələr