AZ

Kapital Bank “SIBOS 2024”də: tədbir davam edir

Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını davam etdirir.

Qeyd edək ki, sərgidə bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərliyi ilə Baş Maliyyə inzibatçısı Emin Məmmədov, Baş Komplayens inzibatçısı Kamal Abdullayev, Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev olmaqla bankın rəsmi nümayəndə heyəti, eləcə də xüsusi işçi komandası iştirak edir.

Sərginin üç günü ərzində bankın müxbir əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində Çinin “ICBC”, BƏƏ-nin “United Arab Bank”, İsveçrənin “BENDURA BANK AG”, İtalyanın “Iccrea Banca S.p.A”, Almaniyanın “Bayern LB” kimi aparıcı bankları və ABŞ-nin “VISA” şirkəti kimi bir çox maliyyə şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilərək müzakirələr aparılıb.

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.

Seçilən
5
27
publika.az

10Mənbələr