AZ

ÇL: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada “Real Madrid”dən Vinisius Junior, “Milan”dan Ticani Reynders, “Monako”dan Takumi Minamino və “Barselona”dan Rafinya namizəd göstərilib.



Qeyd edək ki, Vinisius Dortmund "Borussiya"sı ilə görüşdə het-trik edib. Rafinya "Bavariya" ilə oyunda 3 qola imza atıb. Reynders "Brügge" ilə matçda, Minamino isə "Srvena Zvezda" ilə qarşılaşmada dubl edib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Seçilən
16
1
fanat.az

2Mənbələr