AZ

Ərdinin göndərdiyi gülləri götürməyə gedirmiş...

Ötən gün Türkiyənin paytaxtı Ankara şəhərindəki  TUSAŞ şirkətinə məxsus obyektdə baş verən terror aktında həyatını itirənlərin kimlikləri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

 

Ölən şəxslər TUSAŞ şirkətində keyfiyyətə nəzarət üzrə məsul vəzifədə çalışan Cengiz Coşkun, mexanika mühəndisi Zahide Güçlü, şirkətin əməkdaşı Həsən Hüseyn Canbaz, obyektin mühafizə xidmətində çalışan Atakan Şahin və terror aktı zamanı istifadə edilən taksinin sürücüsü Murat Arslandır.

 

Yaralılar arasında həm TUSAŞ işçiləri, həm də təhlükəsizlik qüvvələrinin olduğu bildirilir.

 

Hücum zamanı həlak olan Zahide Güçlü ərinin göndərdiyi gülləri almaq üçün obyektin girişinə getdiyi və bu zaman terrorçuların qurbanı olduğu bildirilir.

Seçilən
11
2
modern.az

3Mənbələr