AZ

Bakıda maskalı uşaq oğrusu peyda oldu - FOTO

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Hadisə Ramana ərazisində baş verib.

Məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, uşağı oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Uşaq bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Azyaşlını oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Faktla bağlı polisə müraciət olunub, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
6
milli.az

10Mənbələr