AZ

“Əsas proseslər Türkiyənin atacağı addımlardan asılı olacaq”- ŞƏRH

“İsrailin “Hizbillah” və HƏMAS-ın liderlərini tamamilə məhv etdiyi artıq görünür. Bu təşkilatlar başsız qalıb. İsrail qələbənin bir addımlığındadır. 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə terror hücumu onlar üçün ağır məğlubiyyət ilə nəticələndi. Bunun belə olacağı məlum idi. İsrail Bu terror hücumundan sonra bir daha belə bir halın yaşanmaması üçün problemi kökündən həll etməyə qərar verdi və bu qərar uğurla həyata keçirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, HƏMAS etdiyi bu terrorla tək təşkilat kimi özünün yox, milyonlarla fələstinlinin həyatını təhlükə altına atdı:

“43 mindən çox insanın ölümünə səbəb oldu. “Hizbullah”ın isə bu münaqişədən kənarda qalması mümkün deyildi. Odur ki, proseslər Livana “Hizbullah”ın üstünə yönəldi. Bir sıra məlum hadisələr baş verdi. İsrail tamamilə öz sərhədində təhlükəsizlik durumu yaratmaqda israrlıdır. Görünən odur ki, proseslər buna doğru gedir. Hesab edirəm ki, İsrail öz təhlükəsizliyini təmin etdikdən və İranla yeni razılaşma əldə etdikdən sonra proseslər başa çatacaq. İran-İsrail müharibəsinin olacağını hesab etmirəm. Bu, onların maraq dairələrində deyil. Əsas proseslər Türkiyənin atacağı addımlardan asılı olacaq. Türkiyə PKK məsələsini həll etmək üçün tezliklə əməliyyatlara başlayacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr