AZ

Azərbaycanda biznes mühiti ilə bağlı qiymətləndirmə aparılacaq

Azərbaycanda

Bakı, 24 oktyabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclasının keçirilməsində əsas məqsəd bu günə qədər görülmüş işlər, ölkədə biznesə başlama prosesinin sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yeni rəqəmsal imkanların yaradılması və həyata keçirilmiş işlərlə bağlı sahibkarlarla ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri işçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistlərə açıqlaması zamanı bildirib.

S.Musayeva qeyd edib ki, ölkəmizdə sahibkarlıq mühitinin inkişaf etdirilməsi və sahibkarlar üçün ölkədə istər sahibkarlıq fəaliyyətinə başlama, istərsə də sonradan biznes fəaliyyətinin effektiv həyata keçirilməsi ilə bağlı bir sıra mühüm islahatlar həyata keçirilir.

“Məhz biznesə başlama sahəsində də ötən müddət ərzində bir sıra yeniliklər tətbiq olunub. Dünya Bankının biznesə hazırlıqla bağlı müvafiq metodologiya sənədi əsasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki qanunvericilik, əmək qanunvericiliyində bir sıra dəyişikliklər həyata keçirilib və qeydiyyat prosesi ilə bağlı bir sıra rəqəmsal yeniliklər tətbiq olunub. Ölkəmizdə bu ilin sonundan etibarən qiymətləndirmə prosesinə başlanılacaq. Bu prosesdə sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar, ictimaiyyət və ekspertlər tərəfindən dolğun, düzgün cavablar verilə bilsin. Çünki həyata keçirilmiş islahatlar metodoloji baxımdan sahibkarların ölkədə daha rahat şəkildə öz fəaliyyətinə başlaması istiqamətinə yönəlib”, - deyə Samirə Musayeva əlavə edib.

Seçilən
18
azertag.az

1Mənbələr