AZ

Məktəb bufetləri uşaqları isti yeməklə təmin etməyə qadirdimi?

Milli Məclisin plenar iclasında deputat İltizam Yusifov təklif edib ki, orta məktəblərdə aşağı siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunsunlar. O, həmin təklifi bu yaxınlarda məktəblilərin dönərdən kütləvi zəhərlənməsi fonunda səsləndirib:

"Bu cəmiyyətdə, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Aşağı siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunmalıdır”.

Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirir ki, məktəb bufetləri aşağı sinif şagirdlərinə sözügedən xidməti göstərəcək infrastruktura malik deyillər:

“Hər hansı bir təklif verəndə onu tədqiqat və rəqəmlərə əsaslanmaqla verməliyik. Ölkədəki 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird var. Bu məktəblərin 320-si, şagird baxımından isə 487 mini Bakının payına düşür. Bakıda təkcə birinci sinifə 40 min, bütün ölkə üzrə isə 160 min şagir gedir. Ölkə üzrə ibtidai siniflərdə təhsil alanların sayı isə 500 minin ətrafındadır. Sovetlər dönəmində şagirdlərə isti yemək verilməsi ənənəsi var idi. Mövcud məktəblərin son on ildə cəmi 3500-ü müasir standartlara cavab verilən şəkildə tikilib. 960 məktəb isə hazırda qəzalı vəziyyətdədir. Hər məktəbin bufetində 2 işçi çalışır. İndilikdə birinci sinfə gedən uşağa isti yemək paylayacaq personal yoxdur. Məktəb bufetlərində həmin şagird sayına uyğun servis xidməti göstərə biləcək stol, stul, qab-qacaq, isti yeməklərin saxlanılması üçün soyuducular da yoxdur. Yemək bişirəcək və digər xidmətləri göstərəcək personal da yoxdur. Ona görə də deputatın təklifi ideya olaraq cəzbedicidir. Amma onun həyata keçirilməsi mümkün deyil. Noyabrın 21-i olmasına rəğmən hələ də bütün məktəbləri isidə bilmirik, amma uşaqlara isti yemək verməkdən danışırıq. Bu təklifin qaynağı yoxdur və Azərbaycan məktəblərində reallaşa biləcək təklif deyil”. 

Ramiz

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla