AZ

Türkiyənin dövlət rəsmiləri Ankaradaki terror aktı ilə əlaqəli açıqlamalar edib

 

Türkiyənin paytaxtı Ankaranın Kahramankazan bölgəsində yerləşən Türkiyə Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkətinin (TUSAŞ) mərkəzinə dünən həyata keçirilən terror hücumunda 5 nəfər şəhid oldu.

Daxili işlər naziri Əli Yerlikaya terror hücumunda 5 şəhid və 22 yaralının olduğunu açıqladı. Biri qadın olmaqla iki terrorçunun zərərsizləşdirildiyini bildirən Yerlikaya terrorçuların şəxsi məlumatlarının müəyyən edilməsi üçün işlərin davam etdiyini vurğulayaraq "Terrorçuların nəfəsini kəsməkdə qətiyyətliyik" dedi.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş terror aktında yaralananları xəstəxanada ziyarət etdi. O, burada etdiyi açıqlamada "Türkiyənin yoluna mane olmaq üçün oyun quranların kim olduğunu bilirik" deyə bildirdi.

Prezidentin köməkçisi Cevdət Yılmaz isə terror hücumunun müdafiə sənayesindəki uğurları hədəf aldığını vurğuladı: "Terrorçular və onların arxasında duranlar heç vaxt məqsədlərinə çatmayacaqlar."

Milli müdafiə naziri Yaşar Gülər isə bu iyrənc terror hadisəsinə sərt reaksiya göstərdi : "Son bir terrorçu aradan götürülənə qədər bunları təqib edəcəyik. Yaşadıqlarımızın acısını qatbəqat çıxaracağıq. Bunu hər kəs görəcək, narahat olmayın."

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Fəxrəddin Altun "Ölkəmizə qarşı olan terror təhdidi sona çatana qədər sərhədlərimizin daxilində və xaricində mübarizəmiz fasiləsiz davam edəcəkdir" ifadələrini işlətdi.



Seçilən
20
trt.net.tr

1Mənbələr