Milli Müdafiə Nazirliyindən verilən açıqlamada son bir həftədə Hakurk və Qara bölgələrində həyata keçirilən hava əməliyyatları ilə İraq və Suriyanın şimalında ümumilikdə 41 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
Oxu24.com xəbər verir ki,beləliklə, yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 2235-ə çatıb.
Dünən gecədən bu gün səhərə qədər İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatları ilə terror təşkilatının istifadə etdiyi, məsul terrorçuların da olduğu düşünülən mağara, sığınacaq, anbar və obyektlərdən ibarət 47 hədəf uğurla məhv edilib.
Hava əməliyyatlarında yerli və milli sursatdan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.
Bundan əlavə, Hakurkda axtarış və skan tədbirləri zamanı aşkarlanan terrorçulara məxsus mağarada 10 ədəd Konkurs tank əleyhinə raket, 7 ədəd SA 7B Hava Hücumundan Müdafiə raketi, 2 ədəd mina, 6000 ədəd HHM və 1 ədəd 120 mm-lik minaatan sursatları aşkar edilib. İraqın şimalında əməliyyat sahəsi ələ keçirilib.
Yenə bu həftə terror təşkilatının sığınacaq bölgələrindən qaçan daha 2 PKK terrorçusu sərhəd polis bölmələrinə təslim olub.
Son bir həftədə sərhədi qanunsuz keçməyə cəhd edən 2-si terror təşkilatı üzvü olmaqla 261 nəfər yaxalanıb, 1568 nəfərin qarşısı alınıb.
Yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edərkən yaxalananların sayı 12 min 134-ə, bloklananların sayı isə 83 min 875-ə yüksəlib.
Nigar