AZ

“Mançester Siti” məğlubiyyətsizlik rekorduna imza atdı

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Sparta” ilə ev oyunu (5:0) “Mançester Siti” üçün tarixi rekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, İngiltərə çempionu UEFA yarışlarında yeni rekorda imza atıb.

Belə ki, “şəhərlilər” ardıcıl olaraq məğlubiyyətsiz 27 oyun keçiriblər.

Müvafiq nəticə 2006-2019-cu illər arasında “Espanyol”un müvəffəq olduğu 26 oyunluq əvvəlki rekordunu üstələyir.

“Mançester Siti” avrokuboklarda sonuncu dəfə 2022-ci ilin mayında “Real”a məğlub olub.

3 turdan sonra Mançester təmsilçisi 7 xal toplayıb və Çempionlar Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
9
arena.az

1Mənbələr