AZ

Putindən İlham Əliyev və Paşinyan arasında olan söhbətə reaksiya

Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan söhbətə diqqət çəkib.

"Unikal" xəbər verir ki, Rusiya liderinin sözləri TASS-da yayımlanıb. 

"Sərhədin demarkasiyası və delimitasiyası prosesinə başlandığını qeyd etmək çox xoşdur. Bu, sülh müqaviləsi üçün düzgün yoldur və sizin bu gün Azərbaycan prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz tədbirimizə üstünlük verdi", - Putin Paşinyana istinadən deyib. 

Rusiya Federasiyasının rəhbəri Paşinyanın qeyd etdiyi logistika layihələrini də vurğulayıb və Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu vurğulayıb

Ağarza Elçinoğlu 

Seçilən
21
1
unikal.az

4Mənbələr