AZ

Özbəkistan Yeni İnkişaf Bankı ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir - Mirziyoyev

Kazan. Trend:

Özbəkistan BRİCS-in Yeni İnkişaf Bankı ilə prioritet investisiyavə sosial layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlıq qurmaqniyyətindədir.

Trend xəbər verir ki, bunuÖzbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Kazandakeçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenariclasında çıxış edərkən bildirib.

"Biz BRİCS ölkələri ilə tərəfdaşlıq əlaqələrini daha fəaldərinləşdirmək, bu birliyin yaratdığı yeni imkanlardan dahasəmərəli istifadə etmək niyyətindəyik. BRİCS ölkələrinin qlobalbərabərsizliyin artması və iqtisadiyyatın inklüziv bərpasıproblemlərinin həlli üçün əməkdaşlığın inkişafına dair fundamentalöhdəliklərini bölüşürük.

Söhbət ilk növbədə inkişaf etməkdə olan ölkələrin yoxsulluqsəviyyəsinin azaldılması, texnoloji boşluğun aradan qaldırılması vəinfrastrukturun modernləşdirilməsinə yönəlmiş milli proqramlarınadəstəkdən gedir. Bu işdə çoxtərəfli maliyyə institutları mühüm roloynaya bilər və oynamalıdır", - o bildirib.

Özbəkistan prezidenti qeyd edib ki, ölkəsi BRİCS ölkələri iləinnovasiyalar, rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf, enerji vəmaneəsiz elektron ticarət sahələrində əməkdaşlığı genişləndirməkdəmaraqlıdır.

"BRİCS qrupunun süni intellekt üzrə tədqiqatçılarının birgəlayihələrində iştirak etməyi, bu sahədə idarəetmə üçün vahidstandartların hazırlanmasında və mümkün risklərinqiymətləndirilməsində iştirak etməyi planlaşdırırıq. BirləşmişMillətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatında yaradılacaqBRİCS bacarıq mərkəzinə qoşulmağa, eləcə də, təklif olunaninvestisiya platformasına qatılmağa hazırıq", - o əlavə edib.

Qeyd edək ki, BRİCS hökumətlərarası təşkilatdır və 2006-cı ildəyaradılıb. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrlik edir.Hazırda təşkilatın üzvləri Rusiya, Braziliya, Hindistan, Çin vəCənubi Afrika ilə yanaşı, Misir, Efiopiya, İran, BƏƏ və SəudiyyəƏrəbistanıdır.

Seçilən
27
1
az.trend.az

2Mənbələr