Qəmər adaları vətəndaşı Məhəmməd Əhməd və Azərbaycan vətəndaşı Pərviz Quliyev Azərbaycanda "Qırmızı kitab"a düşən şahinləri ovladıqlarına görə saxlanılıblar.
Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxslərdən 5 ədəd “Qafqaz şahini” və ov ləvazimatları götürülüb.
Onlar yem kimi istifadə etdikləri göyərçinlərin köməyilə şahinləri ovlayıblar.
Qanunsuz ov Abşeron rayonunun Zirə qəsəbəsi yaxınlığında olub. Faktla bağlı araşdırma aparılır.