AZ

Buzovnada vətəndaşın evini su basıb: “Kömək istəyirik“ - VİDEO

Buzovna qəsəbəsi sakini Natiqə Abdullayeva kanalizasiya sistemi ilə bağlı problem yaşayır.

Yenisabah.az xəbər verir ki, Nadir Quliyev-28 ünvanında yaşayan vətəndaş, ötən gün yağan intensiv yağışdan sonra evini və həyətini su basdığını bildirib.

O, redaksiyamıza müraciətində bildirib ki, evi yararsız hala düşdüyündən ailəsi ilə birlikdə orada yaşaya bilmir. Natiqə Abdullayeva yağış suyunun otaqlara dolması səbəbindən, bütün ev əşyalarının yararsız vəziyyətə düşməsində gileylənir. Vətəndaş aidiyyəti qurumlara müraciət etdiyini, ancaq müraciətlərin nəticəsiz qaldığını deyib. Ümumən bütün küçənin kanalizasiya sarıdan əziyyət çəkdiyini bildirən şikayətçi, bir çox qonşusunun da eyni vəziyyətlə üzləşdiyini diqqətə çatdırıb.

Natiqə Abdullayeva müraciətində, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının məhəllə sakinlərinə kömək göstərməsini xahiş edir.

Seçilən
6
1
turkustan.az

2Mənbələr