AZ

AYİB Azərbaycanda külək enerjisi layihəsinə 200 milyon dollara qədər vəsait qoymağı planlaşdırır

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xızı-Abşeron" küləkelektrik stansiyası layihəsinə təxminən 200 milyon dollara qədərvəsait qoymağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyiyanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA)direktoru Cavid Abdullayev Bakı Gəmiqayırma Zavodunda"Xızı-Abşeron" külək elektrik stansiyasının pərlərinin Bakıyagətirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, "Xızı-Abşeron" külək elektrik stansiyasılayihəsinin dəyəri təqribən 345 milyon dollar civarındahesablanıb:

"Bu maliyyələşmə layihə maliyyələşməsi əsasında, yəni şirkətinöz maliyyəsi və eyni zamanda, beynəlxalq maliyyə institutlarındancəlb edilmiş maliyyə vəsaitləri hesabına həyata keçirilir. Bulayihədə beynəlxalq maliyyə institutları olaraq Avropa Yenidənqurmavə İnkişaf Bankı, eyni zamanda OPEC fondun çıxış edəcəyigözlənilir. Bank bu layihəyə təxminən 200 milyon dollara qədərvəsait qoymağı planlaşdırır".

"Belə irihəcmli vəsaitin Azərbaycan iqtisadiyyatına beynəlxalqmaliyyə institutları tərəfindən cəlb olunması ölkədə formalaşmışdayanıqlı və əlverişli investisiya mühitinin investorlar üçün tamşəkildə şəffaf və aydın mühitin formalaşdırılmasının ən barizgöstəricilərindən biridir", - C.Abdullayev vurğulayıb.

Seçilən
11
az.trend.az

1Mənbələr