BRİKS sammitindən yarımçıq qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam saatlarında İstanbul Atatürk Hava Limanında Təhlükəsizlik Şurasının toplantısını keçirəcək.
"Unikal" xəbər verir ki, toplantının əsas mövzusu Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan rayonundakı obyektlərinə edilən terror aktı olacaq.