AZ

"Atletiko" tarixində bu vəziyyətə düşməmişdi - Antirekord

"Atletiko" Çempionlar Liqasının III turunun matçında "Lill"ə 1:3 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, bu matçdan sonra Madrid təmsilçisi ÇL-də antirekorda imza atıblar.

"Opta"nın məlumatına görə, II turda səfərdə "Benfika"ya 0:4 hesabı ilə uduzan Dieqo Simeonenin yetirmələri klubun tarixində ilk dəfə bu turnirdə ardıcıl iki matçda öz qapısından 7 qol buraxıb. Bu, paytaxt təmsilçisi üçün şəxsi antirekorddur.

“Atletiko” hazırda üç oyundan üç xalla Çempionlar Liqasının turnir cədvəlində 27-ci yerdədir. Komanda yeganə qələbəsini "Leypsiq" üzərində (2:1) əldə edib. 

"Atletiko" Çempionlar Liqasında növbəti oyununu noyabrın 6-da səfərdə PSJ-yə qarşı keçirəcək.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr