AZ

Kərəm Aktürkoğlu türkiyəli hakimin idarə etdiyi oyunda qol vursa da...

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunun sürpriz nəticələrindən biri Lissabonda qeydə alındı.

İlk 2 turda xal itirməyən və ümumiyyətlə Kərəm Aktürkoğlunun transferindən sonra keçirdiyi 6 rəsmi oyunun hamısından qələbə ilə ayrılan ''Benfika'' ''Feyenoord''la qarşılaşmada favorit statusunu doğrulda bilmədi. Niderland təmsilçisi 3:1 hesablı inamlı qələbə qazandı. Düzdü, Kərəm Aktürkoğlu uğurlu seriyasını davam etdirərək ÇL-də yenə qol vurdu. Amma onun qolu bu dəfə komandasına fayda vermədi. Oyunu türkiyəli hakim Xəlil Umut Melər idarə etdi. 41-ci dəqiqədə ''Benfika''nın vurduğu qol Kərəmin ofsaydda olması üzündən qeydə alınmadı.

Bu epizodda Aktürkoğlunun öz həmyerlisi Melər ilə mübahisə etməsi diqqətdən qaçmadı. Ümumiyyətlə Melər bu görüşdə VAR-ın müdaxiləsi ilə 2-si qonaqların, 1-i meydan sahiblərinin olmaqla 3 qolu qeydə almadı. Kərəm ''Qartallar''ın heyətində 6-cı rəsmi oyunda göstəricilərini 5 qol, 2 məhsuldar ötürməyə çatdırdı.

ƏLİ

Seçilən
11
football-plus.az

1Mənbələr