Bu gün Heydər Əliyev Sarayında mərhum muğam ustası Səxavət Məmmədovun xatirə konsertidir.
Xatirə gecəsində çıxış edən xalq artisti Şeyx Əbdül Mahmudbəyov maraqlı təşəbbüslə çıxış edib.
Xalq artisti deyib ki, Azərbaycan mədəniyyətində 4 unudulmaz şəxs var ki, onlara həyatda xalq artisti adı almaq qismət olmayıb. Lakin onlar bütün dünya Azərbaycanlılarının sevimlisidir.
Bunlar:
Səməndər Rzayev(aktyor),
Fazil Salayev (aktyor),
Ceyhun Mirzəyev (aktyor) və
Səxavət Məmmədovdur.(xanəndə)
Xalq artisti təklif edib ki, bu gün mədəniyyətimizdə gedən islahatları nəzərə alaraq ölümündən sonra bu unudulmaz sənətkarlara fəxri ad verilərdi.
Hər kəs bu təşəbbüsü alqışlarla qarşılayıb.
Sfera.az qeyd edir ki, Səxavət Məmmədovun xatirə konsertinə maraq olduqca böyük olub, belə ki, zalda bir dənə də olsun boş yer görmək mümkün deyildi.
Gecədə xeyli xalq artisti, əməkdar artistlər, tanınmış ictimai-siyasi xadimlər iştirak edib.