AZ

Avropa Liqası: “Qarabağ” – “Ayaks” oyununda üçüncü qol vurulub YENİLƏNİB-5

Bakı, 24 oktyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların üzvü Çuba Akpom fərqlənib.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

22:23

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 74-cü dəqiqəsində rəqibin heyətində Vaut Veqhorst fərqlənib.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

21:51

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra qonaqlar 1:0 hesabı ilə qalib gəlirlər.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

21:37

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, qonaqlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıblar.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

21:27

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 36-cı dəqiqəsində rəqibin heyətində Kennet Teylor fərqlənib.

"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

20:45

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandası arasında keçirilən III tur oyunu start götürüb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də başlayıb.

Görüşü Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

Seçilən
7
8
azertag.az

10Mənbələr