Biləsuvarda sükan arxasında olan sürücü ölüb.
Bakıvaxtı.az Apa-nın cənub bürosunun verdiyi xəbərə istinadla xəbər verir ki, rayon sakini, 1965-ci il təvəllüdlü Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.
N. Məmmədovun ürəktutmasından vəfat etdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.