AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısı mühüm işlər üçün sərfəli zamandır. Diqqətli olun, xırdalıq və təfərrüatları nəzərdən qaçırmayın. Sizi çoxdan bəri narahat edən məsələlərə cavab tapmağa çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Buğa - günün ilk yarısında başladığınız işlərdə uğur qazanacaqsınız. Peşəkar fəaliyyət müstəvisində uğur qazanmaq üçün sərfəli zamandır. Karyeranızda yaxşı dəyişikliklər ola bilər.

Əkizlər - çoxdankı rəqiblərinizdən birinin sizə qarşı yeni fitnəsi var. Təxribata uymasanız, münaqişənin qarşısını ala bilərsiniz. Adi günlərlə müqayisədə daha çox tənqid və iradlar eşidəcəksiniz. Qıcıqlanmayın, ruhdan düşməyin.

Xərçəng - işlərdə ləngimə və yavaşımalar yaratmayın. Aktiv, enerjili olun. Planları vaxtında reallaşdırın. Tələskənlik və vurnuxmalara yol verməyin. Arzuolunmaz əlaqələr, təmaslar, hesablamalarda səhvlər, maliyyə problemləri istisna deyil.

Şir - asan və tez uğurlara bel bağlamayın. Köhnə rəqibi üstələmək, nüfuzlu insandan dəstək almaq fikirləriniz vardısa, onları unudun. İndiyədək sizə daim yardım etmiş insanlar indi yardıma tələsmirlər. Yaranmış problemlərin öhdəsindən təkbaşına, müstəqil gəlməyə çalışın.

Qız - asan zaman deyil. Soyuqqanlı və təmkinli olun. Baş verənlərə rəğmən uğura nail olmağa çalışın. Təxribatlara uymayın. İstənilən dialoqun konstruktiv məcrada olmasına səy göstərin. Emosional həmkar, qıcıqlı yol yoldaşı ilə kəskin mübahisələr etməyin.

Tərəzi - səhər saatlarında ciddi problemlər yarana bilər. İşgüzar və şəxsi səciyyəli görüşlər nəzərdə tutubsunuzsa, planlarınızda dəyişikliklər etməli olacaqsınız. Sözləriniz yanlış başa düşüləcək. Həmsöhbətiniz sizdən inciyə bilər.

Əqrəb - günün ilk yarısında anlaşılmazlıqlar və problemlər az olmayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Az sonra yeni planlar və ideyalar peyda ola bilər. Gəlirlər sizi sevindirəcək.

Oxatan - hadisələrlə dolu, gərgin və birmənalı olmayan gündür. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra bilərsiniz.

Oğlaq - irəliləyişə və ya nəticəyə ümidinizi itirdiyiniz işlərdə uğur qazana bilərsiniz. Sədlərlə maneələri dəf etmək, əldən verilmiş şanslardan yararlanmaq imkanları var. Yeni müttəfiqlər tapa bilərsiniz. Onların yardımları heç pis olmayacaq.

Dolça - məqsədləri konkretləşdirin, hədəfi müəyyənləşdirin. İrəliləyişi sürətləndirmək üçün küsülü olduğunuz insanlardan biri ilə barışa bilərsiniz. Çoxdan bəri almaq istədiyiniz əşyanı əldə edin.

Balıqlar - günün ilk yarısı rahat və xoşdur. Ümidi itirməyin, nikbin olun. Yaxşı xəbərlər olacaq. Ən ağır şəraitdə geri çəkilməyin, astagəllik etməyin. Başladığınız işlərin perspektivlərini görməyə çalışın. Yaxın ətrafınızdakı insanlar çıxış yolu görmədiklərini desələr də, məntiqli davranın.

Milli.Az

Seçilən
25
mia.az

1Mənbələr