AZ

ÇL-də həftənin ən yaxşısı o seçildi

“Real Madrid”in hücumçusu Vinisius Junior azarkeşlərin səsverməsinin nəticələrinə görə Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

O, səsvermədə Rafinya (“Barselona”), Takumi Minamino (“Monako”) və Ticani Reyndersi (“Milan”) qabaqlayıb.

Xatırladaq ki, Dortmund “Borussiya”sı ilə oyununda braziliyalı het-trik edib. Həmin oyunda madridlilər 5:2 hesabı ilə qalib gəlib.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr