AZ

Putin Abxaziya və Osetiyanı Gürcüstana qaytaracaqmı? –EYNULLA FƏTULLAYEVİN SUALLARINI “GÜRCÜ ARZUSU” PARTİYASI CAVABLANDIRIR

Tanınmış jurnalist Eynulla Fətullayev və onun rəhbəri olduğu rusdilli populyar Haqqin.az portalının çəkiliş qrupu Tbilisidə gərgin seçkiqabağı dövrdə fəaliyyətlərini davam etdirirlər. 

 

Senzor.az bildirir ki, reportyor qrupu oktyabrın 23-də iqtidaryönlü “Gürcü arzusu” partiyasının mitinqini canlı yayımlamışdı. Ondan əvvəl isə oxucularına və izləyicilərinə aparıcı müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (Saakaşvilinin partiyası) mövqeyini təqdim etmişdi. Yeri gəlmişkən, həmin müsahibəni Senzor.az olaraq oktyabrın 23-də biz də yayımlamışıq(https://senzor.az/bas-yazi/44282-gurcustan-muxalifeti-ivanisvili-hokumetini-devire-bilecekmi-.html).

 

Bu dəfə isə çəkiliş qrupu müsahibə üçün hakim "Gürcü arzusu"na müraciət edib. Hökumət partiyası öz növbəsində  bu işi nüfuzlu nümayəndəsinə – Kaxetiyanın keçmiş qubernatoru, Gürcüstan parlamentinin Komitə sədri, parlamentdəki hakim fraksiyanın liderlərindən biri İrakli Kadagişviliyə həvalə edib.

 

Eynulla Fətullayev ona gündəmlə bağlı bir çox, o cümlədən kəskin suallar ünvanlayıb. Məsələn: "Gürcü arzusu" yeni inqilabı qarşılaşmağa hazırdırmı? Və hökumət rəhbərlərinin daim haqqında danışdıqları iğtişaşların qarşısını almaq üçün nə edə bilər? Niyə indiki hökumət Rusiya ilə yaxınlaşma kursunu seçdi? Və Kreml bunun müqabilində həqiqətənmi ərazi münaqişələrinin həllində “xəyalpərəstlərə” real güzəştlər vəd edib? İvanişvilinin partiyası Qərblə əlaqələri qırmağa gedərmi? 

 

Nəticədə Eynulla Fətullayevlə İrakli Kadagişvili arasında çox maraqlı söhbət alınıb. Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin videomüsahibəni öz oxucularına təqdim edir: 


Seçilən
48
senzor.az

1Mənbələr