Bir qrup türkiyəli vəkil Beynəlxalq Cinayət Məhkəməsinə sorğu göndərərək baş nazir Binyamin Netanyahu da daxil olmaqla İsrailin yüksək səviyyəli rəsmilərinin həbsini tələb edib.
News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Türkiyəli vəkillər İsrailin müdafiə naziri, Hərbi Nazirlər Kabineti, Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri komandanı, Cənub Bölgəsi Komandanlığına qarşı BCM-yə bəyanat təqdim edərək onlar üçün, eyni zamanda Netanyahu üçün həbs orderi tələb ediblər.
Qeyd edək ki, noyabrın 20-də İsrailin Fələstindəki vəziyyətlə bağlı BCM ilə əməkdaşlıqdan imtina etdiyi bildirilib. İsrail hakimiyyəti bu qərarı öz vətəndaşlarının hüquqlarını qoruduğu və terrorla mübarizə apardığı üçün verdiyini bildirib.
Qumral