AZ

Masazırda duz gölünün yaxınlığında 3 qumbara tapılıb - FOTO

Polis əməkdaşları Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edib.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Xəbərə görə, noyabrın 21-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Masazırda
Seçilən
22
27
Mənbələr
Şərh ()
Bağla