AZ

Braziliyada ən yüksək temperatur göstəricisi qeydə alındı

Braziliyada noyabrın 19-da qeydə alınan 44,8 dərəcə selsi ölkədə indiyə qədərki ən yüksək temperatur olub.

Demokrat.az
xəbər verir ki, bu barədə Braziliya Milli Meteorologiya İnstitutu (INMET) məlumat yayıb.

Bildirilib ki, noyabrın 19-da ölkənin cənub-şərqindəki Minas Gerais əyalətinin Arakuai bölgəsində temperatur rekordu qırılıb.

Aracuuai bölgəsində ölçülən 44,8 dərəcə Selsi, 2005-ci ildə bildirilən 44,7 dərəcə Selsi rekordunu ötərək, ölkədə indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.

Mütəxəssislər hava şəraitinin mövsümi normalardan yüksək olmasını "El Nino"nun yaratdığı iqlim və iqlim dəyişikliyinin təsiri ilə əlaqələndirirlər.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
486
47
demokrat.az

10Mənbələr