"Pulu adi ortalıq mahnıları qazanır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev deyib.
Bayağı mahnılardan söz salan sənətçi ən çox qazancın da bu tipli mahnılarda olduğunu vurğulayıb: "Nə mətn var, nə söz var, nə yazar var... Ancaq toyxana üçün çalışırlar. Biz də toy oxuyuruq. Elimizin adət-ənənəsi var".
O, bir müddət sonra bayağı mahnılar ifa edən müğənnilərin unudulacağını deyib: "Yadda qalan biz olacağıq. Misal üçün mən ortalığa bir mahnı çıxararam, pul qazanaram. Bəzilərini çağırırsız ee efirlərinizə, bax, onları deyirəm".