AZ

İmamoğludan Bağçalıya təpki

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalıya təpki göstərib.

“Cebheinfo.az” xəbər verir ki, o, Bağçalının PKK lideri Abdullah Öcalını Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərək və terror qruplaşmanın ləğv olunmasını elan etməyə dəvət etməsinə qarşı çıxıb. İmamoğlu ad çəkmədən Bağçalıya cavab verib:

“Bu məmləkətin heç bir mövzusu, hələ də insanların taleyinə təsir edəcək hansısa məsələ əsla və əsla bir nəfərin iki dodağının arasında ola bilməz. Bu cür cəmiyyətin və millətin gələcəyini narahat edən mühüm məsələlərdə birgə hərəkət etməsəniz, millətin başına başqa bəlalar gətirəcəksiniz. Allah bu milləti bəlalardan qorusun”.

Seçilən
40
cebheinfo.az

1Mənbələr