AZ

Azərbaycan idmançıları Gimnaziadaya başlayır

Bu gün Azərbaycan idmançıları Bəhreyndə keçirilən Gimnaziadada çıxışlarına başlayırlar.

İdman.biz xəbər verir ki, ilk yarış günündə cüdoçular, aerobika təmsilçiləri, şahmatçılar, boksçular, paracüdoçular, üzgüçülər, paraüzgüçülər və stolüstü tennis ustaları mübarizəyə qoşulacaq.

Turnirdə Azərbaycan yaşı 18-dən aşağı olan 160 idmançı ilə təmsil olunur. Millimiz Bəhreyndə nümayəndə heyətinin sayına görə dördüncü, idmançıların sayına görə isə beşincidir.

Qeyd edək ki, multiforumda 71 ölkədən idmançılar iştirak edir.

İdman.biz

Seçilən
57
idman.biz

1Mənbələr