AZ

Fətullah Gülənin yasında təkbir gətirilmədi, "İncil" oxundu

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin yas mərasimində İncil oxunub.

Olaylar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1999-cu ildən ABŞ-də yaşayan, Türkiyədə vətən xaini elan edilən Fətullah Gülənin yas mərasimi "Skyland" beyzbol meydançasında təşkil olunub.

"Haberler" yazır ki, 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhd nəticəsində 251 nəfərin şəhid olmasından sonra Fətullaha təkbir etmək qadağan olunub. Bu səbəbdən də onun yasında təkbir gətirilməyib. Onun yasında "İncil" oxunub.

Fətullah Gülənin yas mərasimi beyzbol meydançasında keçirilib. Meyiti 4 gündür St.Luke xəstəxanasının morqunda saxlanılan Fətullah Gülən öz malikanəsində torpağa tapşırılıb. Onun dəfn prosesində ən yaxınları iştirak edib. Yas mərasiminə gələnlər isə xüsusi QR kodla içəri buraxılıblar. Mərasim zamanı dron uçuşu qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
2
olaylar.az

3Mənbələr