Dünyanın üçüncü ən yaşlı insanı hesab edilən Elizabeth Francis 115 yaşında dünyasını dəyişib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-nin ən yaşlı və dünyanın ən yaşlı üçüncü adamı Elizabet vəfat edib.
20 ABŞ prezidentinin hakimiyyət dövrünün canlı şahidi olan Elizabet öz əcəli ilə bu dünyadan köçüb.
ABŞ-nin Hyuston ştatındakı televiziya kanalının kafesini işlədən Fransis 95 yaşlı qızı və nəvəsi ilə birlikdə yaşayıb.
Ömrü boyu avtomobil idarə etməyən Elizabet 1909-cu ildə doğulub. Onun sosial həyatı çox aktiv olub. Elizabetin bu qədər uzun ömr sürməsi onun güclü ailə bağları ilə əlaqələndirilib.
Milli.Az onun fotolarını təqdim edir:
İsmayıl
Milli.Az