AZ

Azərbaycan və Ermənistan liderlərinin səmimi görüntü sərgiləmələri nədən xəbər verir?

BRİKS+ sammitinin dəyirmi masasında yanaşı oturan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında çox qaynar müzakirələrin aparılması diqqət çəkdi...

Politoloq: “Yaxın günlərdə istər Azərbaycan, istərsə də Ermənistan tərəfindən atılacaq addımlardan bu görüşün nəticəsini təxmin edə biləcəyik”.

“Hər halda liderlərin arasında belə bir müzakirənin aparılması, xüsusilə də dəyirmi masa ətrafında Paşinyanın İlham Əliyevə bəzi məsələri deməsi, daha sonra elə masa arxasında xarici işlər nazirlərinin iştirakı ilə də bəzi müzakirələrin aparılması, daha sonra isə ikili görüşün olması, bunların hamısı sülh danışıqlarında detalların müzakirəsinə həsr olunub”.

Bu sözləri politoloq Samir Hümbətov Kazanda AzərbaycanErmənistan liderlərinin səmimi görüntülərini Poliqon.info şərh edərkən qeyd edib ki.

Kazanda BRİKS+ sammitinin dəyirmi masasında yanaşı oturan Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Baş naziri Nikol Paşinyan arasında çox qaynar müzakirələrin aparıması diqqət çəkdi. Bundan sonra isə liderlərin görüşü baş tutdu.

AzərbaycanErmənistan liderlərinin səmimi görüntü sərgiləmələri nədən xəbər verir və bu görüntülər iki ölkənin sülhə yaxınlaşmasından xəbər verirmi?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu müzakirələr sülh sazişinin yaxın zamanda imzalanması üçün mesaj ola bilər”.

Nəticələrin necə olacağını qarşıdakı dönəmdə biləcəyimizi qeyd edən politoloq Poliqon-a açqılamasında qeyd edib ki, bu halı bir müsbət hal kimi dəyərləndirə bilərik:

“Kazanda BRİKS+ sammitində AzərbaycanErmənistan prezidentlərinin səmimi görüntüləri yayıldı. Bu görüntüdən sonra İlham Əliyev və Nikol Paşinyan məhdud tərkibdə görüş də keçirdilər. Bu görüşdə xarici işlər naziri, prezidentin köməkçisi və başqaları iştirak edirdilər.

Məncə bu sülhə doğru atılan növbəti addım ola bilər. Yəni hər halda liderlərin arasında belə bir müzakirənin aparılması, xüsusilə də dəyirmi masa ətrafında Paşinyanın İlham Əliyevə bəzi məsələri deməsi, daha sonra elə masa arxasında xarici işlər nazirlərinin iştirakı ilə də bəzi müzakirələrin aparılması, daha sonra isə ikili görüşün olması, bunların hamısı sülh danışıqlarında detalların müzakirəsinə həsr olunub.

Samir Hümbətov: “Hansı məsələlərdə nəticə və yaxud nəticəyə yaxın bir halın qeydə alındığı da məlum olacaq”.

Yaxın günlərdə istər Azərbaycan, istərsə də Ermənistan tərəfindən atılacaq addımlardan bu görüşün nəticəsini təxmin edə biləcəyik. Hansı məsələlərin daha çox müzakirə olunduğu aydın olacaq. Eyni zamanda hansı məsələlərdə nəticə və yaxud nəticəyə yaxın bir halın qeydə alındığı da məlum olacaq.

Düşünürəm ki, bu müzakirələr yaxın zamanda sülh sazişinin imzalanması üçün mesaj ola bilər. Bir daha qeyd edin ki, nəticələrin necə olacağını qarşıdakı dönəmdə biləcəyik. Amma bu halı bir müsbət hal kimi dəyərləndirə bilərik”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr