AZ

Moldovanın gələcəyi təhlükə altındadır - Prezident

Moldovanın

Moldovanın gələcəyi risk altına düşüb.

Reyting.az
“Newsmaker” nəşrinə istinadla xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu cümə axşamı vətəndaşlara müraciətində deyib.

O, Moldovada “azadlığa misli görünməmiş hücum” olduğunu bildirib və hökumət qurumlarını ikinci turda seçki prosesinin bütövlüyünü təmin etməyə çağırıb.

Xatırladaq ki, Moldovadakı prezident seçkilərində ilk səsvermənin nəticələrinin dərcindən və Avropa İttifaqına üzvlüklə bağlı referendumdan sonra Sandu saxtakarlığın olduğunu və rüşvət məsələsini qabaratmışdı.

Onu da qeyd edək ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək. Sandu və Stoyanoqlo oktyabrın 27-də debata çıxacaqlar.

E. KAMAL
Seçilən
41
reyting.az

1Mənbələr