AZ

PKK Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Türkiyədə fəaliyyəti qadağan olunan Kürd Fəhlə Partiyası (PKK) oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə terror təşkilatının bəyanatında deyilir.

“Sözcü” telekanalının məlumatına görə, bəyanatda hücumun təşkilatın hərbi qanadı sayılan “ölümsüzlər” batalyonunun silahlıları tərəfindən həyata keçirildiyi vurğulanıb. Terror aktının çoxdan planlaşdırıldığı bildirilir. Eyni zamanda, Türkiyənin daxili siyasi hadisələri, xüsusən də hakimiyyətin kürd probleminin həlli təşəbbüsləri ilə əlaqəli olmadığı da iddia edilir.

Qeyd edək ki, Ankarada oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Poliqon.info

Seçilən
55
27
poliqon.info

10Mənbələr