Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS sammitində Kiyevlə təmaslar üçün yeni təklifləri Rusiya Federasiyasına çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib. Putin bildirib ki, onlar Qara dənizdəki gəmiçilik və bir neçə başqa məsələlərə aiddir.
Putin daxil olan təkliflərin təfərrüatlarını açıqlamayıb, onlarla ətraflı tanış olmağa hələ vaxtının olmadığını izah edib.