AZ

Diananın ailəsinin keçmiş iqamətgahı satıldı- Fotolar

Londonda Şahzadə Diananın ailəsinin keçmiş iqamətgahı satılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Domain.com” məlumat yayıb.

Məlumata əsasən, bu iqamətgah Meyfer rayonunda Farm Street 24 ünvanında yerləşir.

Ev 1980-ci illərin əvvəllərində “Georgian” üslubunda inşa edilib. 1990-cı ildə Şahzadənin atası Con Spenser onu ikinci həyat yoldaşı Reyn Spenserə hədiyyə edib.

Diana Şahzadə Çarlzdan boşandıqdan sonra tez-tez evə baş çəkirdi. 

Qrafinya Spenser evini 2000-ci illərin əvvəllərində kolleksiyaçılar Alan və Meri Hobarda satıb və onlar bu evdə 22 il qalıb.

Ev naməlum alıcı tərəfindən 10,95 milyon funt-sterlinqə (14,21 milyon ABŞ dolları) alınıb.

Dördmərtəbəli evin 5 yataq otağı, qəbul zalı, dəbli mətbəx, yemək otağı, qonaq otağı, kitabxana və bir neçə hamam otağı var. Hər mərtəbəyə liftlə qalxmaq mümkündür.

 






Seçilən
10
1
oxu24.com

2Mənbələr