AZ

Türkiyənin terrora cavabı çox sərt olacaq - RƏY

Türkiyədə törədilən terror aktı ilə bağlı daha çox iki versiya üzərində dayanmaq mümkündür, zamanlama bunu deməyə əsas verir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Əli Zülfüqaroğlu deyib.

Birincisi, Devlət Bağçalının Abdullah Öcalanla bağlı çıxışı və Abdullah Öcalan üzərindən PKK-nın zəiflədilməsinə yönəlik müəyyən fəaliyyət hazırlıqları ilə bağlı, digər tərəfdən isə prezident Ərdoğan BRİKS sammitində iştirak etmək üçün Rusiya prezidentinin dəvəti ilə Kazanda olmasıdır.

Ə.Zülfüqaroğlu bildirib ki, Qərb tərəfindən BRİKS təhdid faktoru kimi qiymətləndirilir. Çünki Qərb heqemoniyasının əsas alternativlərindən biri məhz BRİKS təşkilatıdır. Buna görə də, hər iki versiya daha çox bu istiqamətdə düşünməyə əsas verir.

Türkiyənin bu terror aktına cavabı necə olacaq?

Bununla bağlı ekspert qeyd edib ki, əlbəttə, Türkiyə bu terror aktına qarşı cavabsız qalmayacaq. Xüsusilə, İsrailin HƏMAS-dan sonra Livanda başlatdığı hərbi əməliyyatlar, Suriya bölgəsinə yayılma ehtimalları və Yaxın Şərqdəki xaotik plan üzərindən öz təhlükəsizliyini təmin etmək üçün addımlar atacağı şübhəsizdir.

“İlk növbədə, PYD-YPG terror təşkilatlarının nəzarətində olan bölgələrdə Türkiyə ordusunun sarsıdıcı hərbi əməliyyatlar keçirmə ehtimalı günü-gündən artır. Ankaradakı terror aktı da Türkiyənin bu planlarını daha da sürətli şəkildə həyata keçirməsinə səbəb ola bilər”,- deyə jurnalist vurğulayıb.

Aminə Nəzərova

Seçilən
16
operativmm.az

1Mənbələr