Amerikalı Reqan Smit qısa kurslarda üzgüçülük üzrə Dünya Kubokunda 100 metr məsafəyə arxası üstə üzmə yarışında yeni dünya rekordu müəyyənləşdirib.
Redaktor.az xəbər verir ki, yarış Cənubi Koreyanın İncheon şəhərində keçirilir.
Smit 54,41 saniyə nəticə ilə birinci yeri tutub. Bundan əvvəlki rekord avstraliyalı Kayleigh McKeown-a (54,56 saniyə) məxsus idi. Kanadalı İnqrid Vilm üzgüçülükdə ikinci yeri (56,14 saniyə), amerikalı Beata Nelson isə üçüncü yeri (56,41) tutub.
22 yaşlı Smit ikiqat olimpiya estafet çempionudur. Onun da Oyunlarda 5 gümüş medalı var və idmançı üç dəfə dünya çempionu olub.
Turan İSMAYIL