Rusiyada 18 yaşlı ana azyaşlı qızını boğub öldürüb. Buna səbəb uşağın ağlaması olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, faciə 31 dekabr 2023-cü ildə, Yeni il günü, axşam saatlarında baş verib.
Uşağın çox bərkdən ağlaması anasını qəzəbləndirib. Qız azyaşlını suya salıb və körpə boğulana qədər onu həmin vəziyyətdə saxlayıb.
Daha sonra o, uşağın meyitini uşaq arabasında gizlədərək eyvana qoyub.
Məlum olub ki, müttəhim xroniki psixi pozğunluqdan əziyyət çəkir. Ekspertiza göstərib ki, ana qızını suda boğarkən nə etdiyini dərk etməyib və hərəkətlərinə nəzarət etməyib.
Məlumata görə, məhkəmə qızı xəstəxanaya məcburi müalicəyə göndərib.