Misli Premyer Liqasının XI turunda "Neftçi" "Sabah"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Filip Ozobiç, Andre Şinyaşiki, Rəhman Hacıyev zədəli idi. Emil Səfərov isə xəstələnmişdi. Görəsən, onlar derbidə meydana çıxa biləcəklər?

Sualımızı klubun mətbuat katibi Asəf Zeynallıdan soruşduq:

"Filip Ozobiç və Andre Şinyaşiki müalicələrini davam etdirirlər. Rəhman Hacıyev isə fərdi məşqlərə başlayıb. Xəstələnən Emil Səfərov isə sağalıb və bir neçə gündür ki, komanda ilə birlikdədir". 

Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması bazar günü oktyabrın 27-də keçiriləcək. Görüşün start fiti 17:00-da səslənəcək.