AZ

Elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası ilə bağlı görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznesmühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyininbirgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxslərivə nümayəndələrinin iştirakı ilə Bakı KOB Evində “Biznes mühitiüzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatlarınkommunikasiyası” mövzusunda görüş keçirilib.

Trend xəbərverir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Medianın İnkişafıAgentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki,ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznesnümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtındaçatdırılmasında media təmsilçilərinin mühüm rolu vardır, bu sahədəkoordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektrondövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçünmövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsbedir.

Görüşdə Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininİqtisadi islahatların monitorinqi, koordinasiyası vəqiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyininrəhbəri Vüsal Şıxəliyev çıxış edərək qeyd edib ki, AzərbaycanRespublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznesmühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədirəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasınadəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini dahada yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığıntəkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirləringörülməsinə nail olmaqdır.

V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiqdövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi aktlayihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıqsubyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərininsəmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlərvə platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiqdairəsi genişləndirilib.

Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarınınrəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qruplarıçərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərinhəyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakıtəmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin vəvahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsalİdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.

Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirakimkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqəninyaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativhəllərin tətbiqinə başlanılıb.

Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardanbiri biznes sahəsində aparılan iqtisadi islahatların və yeniyaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəlikommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə mediaqurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləribarədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOBDostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatlarınkommunikasiyası üzrə Yol Xəritəsinin müəyyən edilib və mediaqurumları ilə koordinasiya məsələləri ilə bağlı təkliflər təqdimolunub.

Elektron
Elektron
Elektron
Elektron
Elektron
Elektron
Elektron
Seçilən
9
30
az.trend.az

10Mənbələr