AZ

MY-nin ulduzu İstanbuldan belə ayrıldı - VİDEO

“Mançester Yunayted”in vingeri Antoni UEFA Avropa Liqasında “Fənərbağça” ilə oyunda əvəzetmədən meydana daxil olduqdan az sonra zədələnib. 

Fanat.Az xəbər verir ki, 73-cü dəqiqədə Markus Raşfordu əvəzləyən, lakin cəmi 15 dəqiqə sonra zədələnərək oyunu xərəkdə tərk etməli olan braziliyalının durumu ciddidir. 

24 yaşlı futbolçunun zədəsi haqda yekun rəy bilinməsə də, o, stadionu qoltuqağacında tərk edib: 

 

Antoni bu mövsüm Erik ten Haqın komandasında 5 oyun keçirib və 1 qol vurub. "Fənərbağça" ilə AL görüşü isə 1:1 hesabı ilə başa çatıb.

 

Mirağa

Seçilən
36
fanat.az

1Mənbələr