AZ

Putin səfiri dəyişdi

Rusiya prezidenti Vladimir Putin Sergey Belyayevin ölkənin İsveçdəki yeni səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Oxu24.com xəbər verir  ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Sergei Sergeyeviç Belyayev Rusiya Federasiyasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, mətndə deyilir.

İndiyədək müvafiq vəzifəni Viktor Tatarintsev tuturdu. Amma rəsmi hüquqi informasiya portalında da dərc olunan başqa bir fərmanla dövlət başçısı diplomatı Rusiyanın İsveçdəki səfiri vəzifəsindən uzaqlaşdırıb.

Oktyabrın 24-də RİA Novosti agentliyi İsveç hökumətinə istinadən xəbər verib ki, Stokholm Moskva ilə ikiqat vergitutma müqaviləsini müvəqqəti olaraq ləğv etməyi planlaşdırır. Agentliyin məlumatına görə, bu, 2025-ci ilin fevralında baş verəcək.

Ölkənin Nazirlər Kabineti bu qərarı Rusiya Federasiyasının oxşar hərəkətləri ilə əlaqədar qəbul etdiklərini izah edib. 2023-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin İsveç də daxil olmaqla 38 ölkə ilə vergi müqavilələrində müəyyən maddələrin dayandırılması barədə göstəriş verib.

Bundan əvvəl Rusiyanın İsveçdəki səfirliyi yerli hakimiyyəti öz vətəndaşlarını paranoyaya sürükləməkdə günahlandırmışdı.

 

Miri

 

Seçilən
60
37
oxu24.com

10Mənbələr