AZ

Ançelotti "el klasiko"dan öncə belə danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 11-ci turunda "Barselona"ya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:

"Oyuna yaxşı köklənmişik. Motivasiyamız olduqca yüksəkdir. "El klasikolar" rəqabətli, gərgin, eyni zamanda baxımlı oyunlardır. Azarkeşlərimiz önündə yaxşı oynamaq istəyirik. "Barselona" yaxşı futbol sərgiləyən cəsarətli komandadır. Oyuna yüksək səviyyədə hazırlaşmalı, mümkün qədər yaxşı oynamağa çalışmalıyıq".

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq "Real Madrid" - "Barselona" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

 

 

 

Seçilən
8
fanat.az

1Mənbələr