Amerikanın ayaqqabı istehsalçısı "Skechers" bu ilin üçüncü rübündə rekord gəlir əldə edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Hesabat dövründə şirkətin gəliri illik müqayisədə 15,9% artaraq rekord səviyyəyə - 2,348 milyard dollara yüksəlib. Bu dövrdə şirkətin mənfəəti 32,9% artaraq 193,2 milyon dollara və ya hər səhm üçün 1,26 dollara çatıb.
Ötən rüb ərzində şirkət 1,4 milyon səhmini 90 milyon dollara geri alıb.
"Skechers"in səhmləri ticarətdə isə 8,2% bahalaşıb. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən 1,1% azalıb.
Gözəl Həşimova