AZ

İlk dəfə azərbaycan velosipedçisi beynəlxalq trek yarışında medal qazanıb

Bolqarıstanın Plovdiv şəhərində trek velosiped idmanı üzrə I Balkan çempionatı keçirilib, yarışda Azərbaycan təmsilçisi Tural İsrafilov fəxri kürsüyə yüksəlib.

Təmsilçimiz “Balkan Cup” beynəlxalq yarışında gümüş medal qazanıb.

Bu, 10 ölkədən idmançıların iştirak etdiyi Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci dərəcəli reytinq tədbiridir.

Gənclər arasında keçirilən yarışlarda 10 km məsafəyə skretch yarışında Tural İsrafilov qaliblər sırasında olub.

Bu, ilk dəfədir ki, yerli azərbaycanlı velosipedçi beynəlxalq trek yarışında fəxri kürsüyə qalxır.

Balkan kubokuna oktyabrın 27-də yekun vurulacaq.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr