AZ

Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibini təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibini təsdiq edib.

Sərəncamla redaksiya heyətinin sədri, sədr müavinləri, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru, məsul katibi və redaksiya heyətinin üzvləri təsdiq edilib.

Redaksiya heyətinin sədri vəzifəsində dövlət başçısı özü qalıb. Sədr müavini vəzifəsinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvləri, Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əli Zadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, həmçinin Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev təsdiq edilib.

Baş redaktor vəzifəsinə AMEA-nın prezidenti İsa Həbibbəyli təsdiq edilib.

Redaksiya heyətinə akademiklərdən və yaradıcı xadimlərdən ibarət böyük bir qrup daxil olub.

Seçilən
12
turan.az

1Mənbələr