AZ

Tovuzda iki qardaşın faciəvi ölümü ilə bağlı YENİ DETALLAR – VİDEO

Tovuzda iki qardaşın ölümü ilə bağlı yeni detallar məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərindən Tovuz rayonun Əsrik Cırdaxan kəndinə, yeznələrinin yas mərasiminə gələn Rafiq Bayramov və onun qardaşı Ramiz Bayramov öz ata evlərində qonaq qalıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda FACİƏ: Yasa gedən iki qardaş dəm qazından boğularaq dünyasını dəyişdi


Evin ikinci mərtəbəsində eyni otaqda gecələyən qardaşlar dəm qazı zəhərlənməsi nəticəsində dünyalarını dəyişiblər. 

Şahidlərin sözlərinə görə, həmin otaqda olan qaz sobasının borusunda quş yuva qurduğundan yanan qazın hisi çölə çıxa bilməyib. Bu da yatan qardaşların ölümünə səbəb olub. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində 1952-ci il təvəllüdlü Rafiq Bayramov və onun qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov həyatını itirib.


Məqsəd Rəhimov, Raul İbrahimxəlil, Bizim.Media, Tovuz

Seçilən
23
bizim.media

1Mənbələr